İslamiadada iştirak edən idmançılarımız vətənə qayıdıblar - VİDEO - FOTO

19 Avqust 2022 17:26

V İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə qayıdıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları idman ictimaiyyəti, media nümayəndələri və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Oyunlarda 54 iştirakçı ölkə arasında dördüncü yeri tutaraq 99 medal qazanıb: 29 qızıl, 36 gümüş və 34 bürünc.

İslamiadada iştirak edən idman heyətinin tərkibinə görə Azərbaycan Türkiyə nümayəndə heyətindən sonra ikinci yerdə qərarlaşıb - 282 idmançı. Oyunlarda ümumilikdə 4200 idmançı iştirak edib.

Milli.Az