Ermənipərəst Tarasov: Qarabağ Azərbaycandır - VİDEO

20 Avqust 2022 01:46

Rusiyalı ermənipərəst politoloq, Rusiyanın "Reqnum" informasiya agentliyinin baş redaktoru Stanislav Tarasov erməni mətbuatına müsahibə verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, özünün antiazərbaycan ritorikası ilə yadda qalan rus politoloq müsahibə zamanı gözlənilmədən "Qarabağ Azərbaycandır" deyib.

"Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlılar da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir", - deyə o qeyd edib.

Milli.Az