İtkin düşən şagirddən XƏBƏR VAR: Müəllimə evdə gizlədibmiş...

20 Avqust 2022 00:46

ABŞ-da Florida ştatında orta məktəb müəllimi itkin düşən şagirdi bir neçə gün evdə gizlədib və nəticədə məhkəmə qarşısına çıxıb.

Milli.Az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Port Şarlott şəhərində yaşayan 31 yaşlı Kelli Simpson avqustun 12-də axtarışa verilən yeniyetmənin evində gizləndiyi məlum olduqdan sonra həbs edilib. Qohumlarından biri polisə uşağın müəllimin evində ola biləcəyini deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Simpsonun evinə gələrək, oğlanı onun yanında tapıblar. Qadın azyaşlının himayəsinə müdaxilə ittihamı ilə dərhal həbs edilib. Şarlott dairəsinin şerif ofisinin məlumatına görə, müəllim uşağın axtarışda olduğunu bilə-bilə onu evində gizlədib.

Avqustun 17-də Simpson beş min dollar girov müqabilində sərbəst buraxılıb. İstintaq başa çatmamış qadının işlədiyi məktəb onu ödənişsiz məzuniyyətə göndərib. Yeniyetmənin hansı səbəbdən axtarıldığı barədə məlumat verilməyib.

İrfan Vəliyev
Milli.Az