Binəqədidə evlər suyun altında qaldı - VİDEO

19 Avqust 2022 17:52

Su kəməri partladığı üçün evlər suyun altında qalıb. Binəqədi rayon 1-ci mədən küçəsinin sakinləri 10 gündən artıqdır ki, yaranmış vəziyyətdən əziyyət çəkir. Sakinlər dəfələrlə aiddiyəti qurumlara müraciət etsələr də problem hələ də həllini tapmayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, evlər arasında ən pis vəziyyətdə olan qəsəbə sakini Elşən Ələkbərova məxsusdur. Onun həyəti ilə yanaşı evinin bütün otaqları suyun içindədir.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, sözügedən ünvandakı fərdi yaşayış evləri magistral su kəmərinin üzərində qanunsuz olaraq tikilib. Hazırda qəza briqadası tərəfindən su axıntısının qarşısının alınması üçün lazımi tədbirlər görülür.

Milli.Az