Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlanıb

19 Avqust 2022 11:30

Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də keçirilməlidir.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.

"2023-cü il iyunun 18-də keçiriləcək seçkilər Prezidentimizin ikinci dəfə iştirak edəcəyi seçkilər olacaq. Burada əlavə şərhə ehtiyac yoxdur. Gizli, ikimənalı nəsə axtarmaq lazım deyil", - nazir deyib.

Milli.Az