Bakıda yeni tikilən çoxmərtəbəli binada faciəvi hadisə

19 Avqust 2022 10:15

Qəlibçinin yeni tikilən binadan yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Xətai rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, avqustun 18-i saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda inşa edilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az