Meşə yanğınları Moskvaya yaxınlaşır - VİDEO

19 Avqust 2022 17:30

Moskva vilayətində baş verən meşə yanğınları paytaxta doğru yaxınlaşmaqdadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Qorenski meşə təsərrüfatının yaxınlığındakı Aviatorlar mikrorayonunda baş verən yanğın yayılması təhlükəsi yaranıb.

Qeyd edək ki, avqustun 19-dan 22-dək Moskva vilayətində ən yüksək, beşinci dərəcəli yanğın təhlükəsi proqnozlaşdırılıb. Güclü istilərlə əlaqədar olaraq meşə səfərlərinə məhdudiyyət qoyulub, həmçinin nəqliyyat vasitələrinin oraya daxil olması qadağan edilib.

Milli.Az