Ukrayna ordusu Cənub istiqamətində 73 Rusiya əsgərini və onların texnikasını məhv edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin aviasiyası Baştanski və Berislavski rayonlarında qarşı tərəfin canlı qüvvəsi, silah və texnikasının cəmləşdiyi ərazilərə 4 zərbə endirib.
Bildirilib ki, zərbələr nəticəsində üç tank, "S-300" hava hücumundan müdafiə sistemi üçün dörd buraxılış qurğusu və bir radar qurğusu, 5 ədəd zirehli texnika və avtomobil, bir sursat anbarı məhv edilib.
Milli.Az