Məşhur braziliyalı narkotacir “Marakana”da ələ keçdi

19 Avqust 2022 14:22

Polis Braziliya kuboku oyununda ölkənin məşhur narkotacirlərindən birini saxlayıb.

"Marakana" stadionunda keçirilən turnirin 1/4 final mərhələsinin "Fluminense" - "Fortaleza" matçı (2:2) zamanı Foka kimi tanınan Marko Aurelio dos Santos Roşa saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, narkotik alverçisi arenaya "Fluminense" forması ilə gəlib.

Qeyd edək ki, Roşanın həbsi ilə bağlı iki məhkəmə qərarı mövcuddur. Həmçinin, polisin məlumatına görə, o, Belford-Roşu şəhərində bir neçə qətlə görə məsuliyyət daşıyır.

Milli.Az