Koronavirusdan sağalan aktrisa tətil fotoları ilə göz oxşadı - FOTO

19 Avqust 2022 12:30

Türkiyəli aktrisa Burcu Özberk ötən həftələrdə koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, evdə dincəldikdən sonra xəstəlikdən xilas olan məşhur aktrisanın karantin müddəti başa çatıb. Koronavirusa qalib gəldikdən sonra Burcu Özberk tətilə çıxıb.

Dənizin və Günəşin zövqünü yaşayan Özberk "Instagram" hesabında yeni fotolarını paylaşıb.

Qayıqla gəzintiyə çıxan aktrisa qara çimərlik paltarı ilə çəkdirdiyi fotolarla çox sayda bəyənmə qazanıb.

Milli.Az