Azərbaycan, Türkiyə və Gürcüstan BTQ-nin tranziti ilə bağlı sazişi təsdiqləyib

19 Avqust 2022 08:53

Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının sadələşdirilməsi üçün ilkin məlumat mübadiləsi haqqında saziş imzalayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd Bakıda üç ölkənin hökumətləri arasında Gömrük üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində imzalanıb.

Sənəd hər üç dövlətin ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzitlə daşınan mallar üçün gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsinə yönəlib.

Milli.Az