ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına eniş edərkən iki kiçik təyyarə toqquşub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasına istinadən "The Washington Post" məlumat yayıb.
Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib.
İkimühərrikli "Cessna 340"-ın göyərtəsində iki nəfər, birmühərrikli "Cessna 152"-nin göyərtəsində isə yalnız pilot olub.
Hadisə nəticəsində hava limanının işçiləri arasında heç kim xəsarət almayıb.
Milli.Az