Polşa lideri Ərdoğana təşəkkür etdi

18 Avqust 2022 23:28

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, danışıqlar zamanı prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiklərini söyləyib.

Polşa Prezidenti Duda Rusiya-Ukrayna böhranının həllində göstərdiyi konstruktiv rol və səylərə, taxıl ixracı sazişinə verdiyi töhfələrə görə, prezident Ərdoğana təşəkkür və təbriklərini çatdırıb.

Həmçinin, prezident Duda Ərdoğanı Polşaya dəvət edib.

Milli.Az