Xızıda 65 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb

18 Avqust 2022 22:32

Xızıda 65 yaşlı kişi sirkə turşusundan zəhərlənərək ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 16-sı saat 21 radələrində Xızı rayonunun Türkoba kənd sakini, 1955-ci il təvəllüdlü Alı Rzayevin yaşadığı evdə sərxoş vəziyyətdə sirkə turşusu içməsi səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az