Ermənistan hökumətindən kritik addım – Azərbaycanla sərhəddə...

18 Avqust 2022 22:00

"Laçın dəhlizinə alternativ inşa etdiyimiz yolun sonunda sərhəd və gömrük postu qurmalıyıq".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan hökumətinin Azərbaycanla sərhəddə nəzarət-buraxılış məntəqələri qurmağa başladığını bildirib:

"Ermənistan hökuməti Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə hazırlayıb. Layihəyə əsasən, Kəlbəcər rayonu ilə sərhəddə Zod, Sədərək rayonu ilə sərhəddə Arazdəyən və Qubadlı rayonu ilə sərhəddə Eyvazlı nəzarət-buraxılış məntəqələri olacaq.

Hesab edirəm ki, layihəyə birini də əlavə etməli idilər. Laçın dəhlizinə alternativ inşa etdiyimiz yolun sonunda da sərhəd məntəqəsi yaratmalarına ehtiyac var. Biz də bu məsələni gecikdirmədən ərazimizdən keçən, büdcəmiz hesabına tikdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik. Əks halda separatçılar yeni yoldan da silah-sursat keçirmək üçün istifadə edəcək, xarici ölkələrin nümayəndələri qanunsuz olaraq Qarabağa keçəcəklər".

Milli.Az