Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərtini açıqladı

18 Avqust 2022 21:31

"Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bugünkü görüşdə Ukrayna tərəfi münaqişəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilməyib.

O əlavə edib ki, bir çox məsələlərin diplomatik həlli Zelenski, Ərdoğan və Quterreşin qərarlarından asılıdır.

Milli.Az