Dəri sallanmasına qarşı maska

21 Avqust 2022 15:15

Dəridəki qırışların və sallanmaların qarşısını evdə hazırladığımız maskalarla almaq mümkündür.

Milli.Az Axşam.az-a istinadən köklü və portağallı maskanı təqdim edir.

Kökü sürtgəcdən keçirin və üzərinə 1 ədə portağalın suyunu əlavə edin. Daha sonra isə məhlula 2 çay qaşığı bal əlavə edin. Alınan maskanı pambıq vasitəsi ilə üzünüzə vurun. 30 dəqiqə gözlədikdən sonra isə dərinizi soyuq suyla durulayın.

Milli.Az