Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açacaq

18 Avqust 2022 15:58

Ermənistan Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsi açacaq.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.

Sözügedən buraxılış məntəqələri bunlardır: Kəlbəcər (Kəlbəcər rayonu), Sədərək (Sədərək rayonu), Eyvazlı (Qubadlı rayonu).

Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbul edilməsi Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir.

Qeyd edək ki, avqustun 4-də erməni Baş naziri bildirib ki, Ermənistan Naxçıvanlaə Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.

Milli.Az