Cavanşir ƏSƏBİLƏŞDİ: “Qadınlar yayda uzun çəkmə geyinib, ətəklərini qaldırırlar yuxarı” - VİDEO

18 Avqust 2022 20:15

Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə diqqət çəkib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Elin sözü" verilişində qadınların aşırı dərəcədə açıq-saçıq geyimlərdən istifadə etməsinə etiraz edib. 

"Qadınlar yayda uzun çəkmə geyinib, ətəklərini isə qaldırırlar yuxarı. Qış gəlməmiş yay geyimlərini geyinirlər.

Bunlar axı niyə belə edirlər? Evdən çıxanda, onların valideyinləri, oğlu, qızı, qardaşı, qonşusu, tanışı yoxdur ki, açıq-saçıq geyinməklərinə qarşı çıxsınlar. Nə qədər beyindən və düşüncədən kasad olmaq olar?!" - deyə C.Məmmədov fikirlərini ifadə edib. 

Milli.Az