Xocalıda avtomobil aşıb, bir nəfər ölüb

18 Avqust 2022 13:15

Avqustun 17-də saat 8 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi "Mercedes" avtomobili aşırıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyin-dən bildirilib.

Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı RPŞ-də araşdırma aparılır.

Milli.Az