Ağdaşda DƏHŞƏT: Dörd yaşlı uşaq civə içdi

18 Avqust 2022 11:52

Ağdaş rayonunda azyaşlı uşaq civədən zəhərlənib. 

Hadisə rayonun Yuxarı Ləki kəndində baş verib.

Belə ki, 4 yaşlı B.N. adlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az