Rusiyalı qadın məmurun keçmiş əri tərəfindən öldürülməsi VİDEOya düşüb

19 Avqust 2022 05:28

Rusiyada Başqırdıstanın Beloretsk şəhərinin rayon administrasiyasının 31 yaşlı qadın əməkdaşının qətlə yetirilməsi videoya çəkilib.

Milli.Az bildirir ki, çərşənbə günü, avqustun 17-də müşahidə kameralarından qeydə alınan görüntülər Telegram kanalı "112"-də yayımlanıb.

Kadrlarda əlində bıçaq olan kişinin evinin yaxınlığında qadını gözlədiyi və hasara yaxınlaşdıqda onun üstünə atılaraq zərbə endirməyə başladığı əks olunub.

Telekanalın məlumatına görə, gənc məmur repressiyalardan qorxaraq 3 ay 37 yaşlı keçmiş ərindən gizlənib. Onlar hələ evli olanda müttəhim arvadını dəfələrlə döyərək pilləkənlərdən aşağı itələyib.

Dina Maxiyanovanın qətli avqustun 15-də məlum olub. İstintaqın məlumatına görə, cinayətin motivi kişinin boşanma ilə razılaşmaması və sonradan keçmiş həyat yoldaşından ayrılması olub. O, avqustun 13-nə keçən gecə dostunun ad günündən qayıdan gənc qadını evdə pusquya salıb. Qısqanclıq zəminində kişi keçmiş arvadına hücum edərək ona çoxsaylı bıçaq zərbələri endirib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hücum edən şəxs qaçıb, lakin sonra polisə təslim olub və qətli etiraf edib. İndi o, həbsdədir.

Mərhumun iki övladı olduğu məlum olub. Keçmiş ər ailədə davakar idi, arvadını mütəmadi olaraq döyüb, boşandıqdan sonra isə onun arxasınca düşüb və onu öldürməklə hədələyib. Daxili İşlər Nazirliyi onun döymə, xırda xuliqanlıq və ictimai yerlərdə sərxoş görünməsinə görə inzibati məsuliyyətə cəlb edildiyini bildirib. Fevral ayında polis həmin şəxsi ailə davası edən şəxs kimi qeydiyyata alıb və rayon polisi mütəmadi olaraq yaşadığı yerdə onu yoxlayıb.

İrfan Vəliyev
Milli.Az