Murad Dadaşov "Maşın-şou"dakı qruplaşmaları və onların başçılarını açıqladı

11 May 2010 13:37
Canlı efirə sayılı saatlar qalanda layihənin rəhbəri Murad Dadaşov Milli.Az xəbər portalına maraqlı açıqlamalar verdi. Şoumen əvvəlcə etiraf etdi ki, bu, ən bahalı və ən fərqli realiti-şou olacaq. Eyni zamanda ən dəhşətli qalmaqallar bu axşamdan etibarən izləniləcək.

Murad bəyin açıqlamasını maraqlı edən məqamlardan biri isə budur ki, realiti-şounun iştirakçıları bir araya gəlmədən belə, artıq qruplaşmağa başlayıblar.

""Maşın-şou"nun tarixində belə hadisə baş verməmişdi.  Bizə gəlib çatan məlumata görə, artıq iştirakçılar arasında qruplaşma yaranıb və bir-iki iştirakçı ətrafına qrup toplaya bilib. Şounun efir həyəcanı başlamadan, artıq onların böyük qalmaqalı yaranıb" - deyə Murad Dadaşov bildirdi.

Layihənin rəhbəri onu da etiraf etdi ki, bu şouda ən qalmaqallı sima Tolik kimi tanıdığımız prodüser Tarix Əliyev olacaq. Hazırda o, qruplaşmadan birinin aparıcı tərəfi hesab edilir.

Murad Dadaşov 18 iştirakçının adını konkret bildirməsə də, əməkdaşımızın əldə etdiyi siyahıdakı adları təsdiqlədi. Beləliklə, onları təqdim edirik:

Reperlər Anar Nağılbaz, Hüseyn Dərya, rəqqasə Oksana Rəsulova, prodüser Tarix Əliyev, müğənnilər Cəmilə, İntizar, Emin Bədəlov, İlqar Sail, Aygün Rəhimova, İbrahim Borçalı, "Eurovision-2010"un namizədlərirndən olmuş Məryəm Şabanova, "Eurovision-2008"in iştirakçısı Elnur Hüseynov, müğənni-bəstəkar Elçin Cəfərov, meyxanaçı Elşən Xəzər, Sadıq,  "Qala" qrupunun üzvü Ceyhun və tele-aparıcı Tural Əsədov.

Xədicə
Milli.Az