Bakıda 16 yaşlı qız itkin düşüb

18 Avqust 2022 09:45

Bakıda 16 yaşlı qız itkin düşüb.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə avqustun 16-da paytaxtın Nərimanov rayonu, Montin qəsəbəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Əliyeva Xədicə Elnur qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az