Laçını tərk edən ermənilər meşələrə, evlərə od vurur - Yeni görüntülər - VİDEO

18 Avqust 2022 09:02

Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər bu əraziləri tərk edir.

Milli.Az xəbər verir ki, bir neçə gün bundan öncə Laçını tərk edən ermənilər Azərbaycan ərazisində ekoloji terror törədiblər.

Onların meşələrə, evlərə od vurmasını əks etdirən vidoegörüntülər yayılıb.

Dron vasitəsi ilə əldə olunan görüntülərdə ermənilərin meşələrə, evlərə necə od vurması aydın şəkildə görünür.

Milli.Az