Paşinyanın iqamətgahı yaxınlığında mikroavtobus yanıb

18 Avqust 2022 08:10

Ermənistanın Baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında, Proşyan və Demirçyan küçələrinin kəsişməsində "Ford Transit" markalı mikroavtobus yanıb.

Bu barədə TASS ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

"Saat 18.43-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin növbətçi pultuna Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb olunub", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunur ki, yanğın söndürülüb.

Milli.Az