Kuleba Blinkenlə Ukraynaya silah tədarükünü müzakirə edib

18 Avqust 2022 08:43

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Qərb ölkələrindən əlavə silah tədarükü ilə bağlı danışıqlar aparıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kuleba "Twitter" səhifəsində bildirib.

"Dövlət katibi Blinkenlə telefon danışığımın əsas mövzusu silah idi. Biz ABŞ və digər tərəfdaş ölkələrdən Ukraynaya gələcək tədarükləri müzakirə etdik", - deyə paylaşımda bildirib.

Milli.Az