Xarkov atəşə tutuldu: 6 ölü

18 Avqust 2022 09:00

Ukraynanın Xarkov şəhəri atəşə tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov "Telegram" kanalında məlumat verib.

"Saltovkinin atəşə tutulması nəticəsində 6 nəfər ölüb. 16 nəfər yaralanıb", - deyə o bildirib.

Milli.Az