Xəzərdə 9 nəfər xilas olunub

18 Avqust 2022 08:03

Ötən gün batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Astara" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində, "Buzovna" və "Görədil" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 9 nəfər xilas olunub.

Milli.Az