Türkiyə ordusu 4 terrorçunu məhv edib

18 Avqust 2022 07:35

Türkiyə ordusu Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, zərərsizləşdirilən terrorçular "Sülh çeşməsi" antiterror əməliyyatı zonasına hücum planlayırmışlar.

Milli.Az