Ərdoğan Lapidlə danışıb

17 Avqust 2022 23:39

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə telefon danışığı aparıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, danışıqda Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İsrailə yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımların atılacağını bildirib.

Həmçinin, o, Türkiyə ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı və qarşılıqlı hörmət əsasında inkişafını dəstəklədiyini ifadə edib.

Milli.Az