Novxanıda qaraj və avtomobil yanıb

17 Avqust 2022 23:32

Abşeron rayonunun Novxanı kəndində 0,6 ha sahədə qamışlıq və yaxınlıqda ümumi sahəsi 25 m² olan taxta qarajın yanar konstruksiyaları və içərisində dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az