Bəhram Rəcəbzadə V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb - FOTO

17 Avqust 2022 23:05

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, eyni zamanda, finala yüksələn digər Azərbaycan təmsilçisi Rəhim Əliyev gümüş medal qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az