Böyük inamla səfərə gedəcəyik - Qurban Qurbanov

17 Avqust 2022 22:44

"Ağır oyun oldu. Bu komanda necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib: "Qol şanslarından yararlana bilmədik. Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqressiyanın çoxaldığını söyləyib: "Biz səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Biz səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq".

Milli.Az