Kişi basketbolçulardan ibarət Azərbaycan yığması İslamiadada gümüş medal qazanıb

17 Avqust 2022 22:58

Kişilərdən ibarət 3x3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, finalda millimiz Seneqal komandası ilə qarşılaşıb. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət yığmamız gərgin keçən oyunun yekununda 16-21 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az