Kabildə partlayış nəticəsində azı 20 nəfər həlak olub

17 Avqust 2022 22:31

Bu gün Kabilin şimal-şərqindəki məscidlərin birində partlayış nəticəsində azı 20 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Al Jazeera telekanalı Əfqanıstanın güc strukturlarına istinadla məlumat yayıb.

Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Milli.Az