Mişustin Paşinyana zəng etdi

17 Avqust 2022 22:24

Rusiya Baş naziri Mixail Mişustin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ticari-iqtisadi əməkdaşlığı müzakirə edib.

"Mişustin və Paşinyan həmçinin Avrasiya İqtisadi Birliyi çərçivəsində əlaqələrin genişlənməsi və Avrasiya Hökumətlərarası Şurasının 25-26 avqustda Qırğızıstanın Çolpon Ata şəhərində baş tutacaq iclasına hazırlıq haqda danışıblar", - məlumatda qeyd edilib.

Milli.Az