Azərbaycanın qılıncoynatma üzrə yığma komandası İslamiadanın qızıl medalını qazanıb

17 Avqust 2022 21:38

Qılıncoynatma üzrə Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət komanda İran yığmasına 45:35 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az