İntihara cəhdin qarşısı alınıb

17 Avqust 2022 21:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran rayonunun Sütəmurdov kəndində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirlikdən Milli.Az-a bildirilib ki, FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Milli.Az