Quterreş Ukraynaya səfər edib

17 Avqust 2022 19:34

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın Lvov şəhərinə səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Russian Today" Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadən məlumat yayıb.

Qeyd edək ki, Baş katibin səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri nəzərdə tutulur.

Quterreş avqustun 19-da Odessaya səfər edəcək.

Milli.Az