Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb - FOTO

17 Avqust 2022 19:14

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan idmançıları Leyla Əliyeva, Günel Həsənli və Səbinə Əliyeva Qırğızıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər.

Bundan başqa, cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığması da Oyunların qızıl medalını qazanıb. Finalda komanda türkiyəli idmançılarla qarşılaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az