Eldar Mansurov Firəngiz Rəhimbəyova ilə 34 illik ARXİVİNİ YAYDI - VİDEO

17 Avqust 2022 19:41

Xalq artisti Eldar Mansurov ötən gün dünyasını dəyişən aktrisa-müğənni Firəngiz Rəhimbəyova ilə bağlı paylaşım edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,sənətkar 34 il əvvəl yeni il ərəfəsində evində qonaq etdiyi müğənninin arxiv videosunu sosial şəbəkə hesabında yayımlayıb.

Həmin görüntülərə isə E.Mansurov "Bir qədər əvvəl çox kədərli bir xəbər eşitdim, uzun illər ailəvi dostluq etdiyim Firəngiz Rəhimbəyova dünyasını dəyişib bizdən ayrıldı. Heyif, çox heyif... Allah rəhmət eləsin" şərhini yazıb.

Qeyd edək ki, "Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova infarktdan dünyasını dəyişib. 

Milli.Az