Karateçimiz İslamiadada qızıl medal qazandı

17 Avqust 2022 21:26

Azərbaycan karateçisi İrina Zaretska V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Azərbaycan karateçiləri Pənah Abdullayev və Asiman Qurbanlı gümüş medal qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışların rəsmi bağlanış mərasimi bu gün - avqustun 18-də baş tutacaq.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az