Rus komandanlığı Xersondan qaçır - Qumenyuk

17 Avqust 2022 14:07

Rus ordusunun hərbi komandanlığı işğal olunmuş Xersondan qaçır. Bu o deməkdir ki, düşmən hücum etməkdənsə, öz həyatını qorumağı üstün tutur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.

"Komandanlığın qaçması o deməkdir ki, kimsə həyatını xilas etməlidir və kimsə öz perspektivləri üçün çox qorxur. Nəqliyyat və logistika arteriyaları üzərində atəş nəzarətimizin güclü və qaçılmaz olduğunu da başa düşürlər", - Qumenyuk bildirib.

Milli.Az