Dizini yerə qoyub Azərbaycandan imdad diləyən erməni... - Laçına tez daxil olmalıyıq

17 Avqust 2022 13:28

"Laçını və ətraf kəndləri tərk edən erməni silahlıları tərəfindən evlərin yandırlıması və mina təhlükəsinin artması ilə bağlı xəbərdarlıqlar mediada daha əvvəl də səsləndirilmişdi, mütəxəssislər də bu barədə öz fikirlərini bildirmişdilər". 

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Laçına daxil olacaq hissə və bölmələrimiz maksimum ehtiyyatlı olmalıdır:

"Görünən odur ki, ermənilər aldıqları zərbələrdən Qırxqız, Sarıbabada və digər ərazilərdə Azərbaycan Ordusunun fəaliyyətlərini lazımınca dəyərləndirmək istəmirlər. Son günlər Laçında evlər, Azərbaycana məxsus meşə sahələrinə od vurulur, məhv edilir. Belə olan halda Azərbaycan Ordusu vəziyyətə müdaxilə etməlidir, ən azından erməni əhalinin və silahlıların həmin ərazidən çıxarılmasını nəzarət altına almalıdır. 

Bu proseslərə müdaxilə zamanı ordumuzun heyəti erməni tərəfinin əvvəllər istifadə etdiyi metodlardan, daha fərqli bir üsullardan istifadə edə biləcəyini də nəzərə almalıdır. Odur ki, Laçına daxil olan hissə və bölmələrimiz maksimum ehtiyyatlı olmalı, hər addımda düşmənin mina təhlükəsinin gizləndiyini də nəzərə almalıdır. 

Birmənalı olaraq bu vəziyyətdə yeganə çıxış yolu Azərbaycanın tarixi torpağı olan Laçın ərazisinə mümkün qədər daha tez müddətdə ordu, hissə və bölmələrimizin yerləşməsindən ibarətdir. Biz başqa yolla erməni düşüncəsini normal insan düşüncəsi səviyyəsinə gətirib çıxaracağımız mümkün görünmür. 

Dizini yerə qoyub Azərbaycandan imdad diləyən erməni tərəfinin baş verən bu qədər məğlubiyyətlərdən, başına dəyən Dəmir yumruqdan, sifətinə dəyən dəmir şapalaqdan sonra yenə də öz bildiyindən əlçəkməməsi Azərbaycan tərəfini daha təsirli və adekvat addımlar atmağa yönləndirmək məqsədi daşıyır. Əgər erməni tərəfi həqiqətən də belə bir növbəti yumruğun həvəsindədirsə, onlar bu yumruğu mütləq "qazanacaqlar"".

Təhməz Əsədov
Milli.Az