KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv olub

17 Avqust 2022 12:39

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ABŞ - Azərbaycan Ticarət Palatasına üzv olub.

Milli.Az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu əməkdaşlıq KOBİA və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, KOB-larla bağlı birgə təşəbbüslərin icrasına xidmət edəcək.

Milli.Az