İsveçdə də ərzaq məhsulları rekord dərəcədə bahalaşıb

17 Avqust 2022 13:22

İyul ayında İsveçdə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətində artım 13,5% təşkil edib. Bu, rekord göstərici hesab olunur.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "İsveç ərzaq mağazaları" təşkilatının press-relizində deyilir.

"İnflyasiya hərəkətverici amildir", - təşkilatın başçısı Karin Brünell deyib.

Həmçinin qeyd olunur ki, mağazalarda ərzaq məhsullarının satışı ötən ilin eyni ayı (iyul) ilə müqayisədə 7,6% artıb.

Milli.Az