Dünyanın ən böyük xalçası bu ölkədə hazırlanıb - FOTO

17 Avqust 2022 20:30

Meksikanın Tlaskala ştatında 240 dülgərin iştirakı ilə 80 ton ağırlığında rəngarəng taxta kəpəyindən hazırlanan 3932 metr uzunluğunda xalça "Ginnesin rekordlar kitabı"na düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənətkarlar səhər saatlarında "Heç kimin yatmadığı gecə" kimi tanınan "Virxen de la Klaridad" şənlikləri ərəfəsində Huamantla küçələrini tabloya çevirərək öz ideyalarını 19 rəngdə gerçəkləşdiriblər.

Milli.Az