Bakıda ərəb idman edərkən ölüb

17 Avqust 2022 09:52

Bakıda əcnəbi vətəndaş idman edərkən ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə avqustun 16-sı səhər saat 06:30 radələrində paytaxtın Xətai rayonu, Xəqani Rüstəmov küçəsinin yaxınlığında yerləşən Ağ şəhər bulvarında qeydə alınıb.

Belə ki, Küveyt vətəndaşı, 1964-cü il təvəllüdlü Faisal Aha Albahar idmanı məqsədilə qaçarkən qəflətən ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az