Trampa qarşı yeni ittiham

17 Avqust 2022 08:40

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məxfi materiallara səhlənkar münasibətdə ittiham olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş yüksək rütbəli rəsmisi bildirib ki, Tramp 2019-cu ildə Twitter səhifəsində İranda uğursuz raket buraxılışının peyk tərəfindən çəkilmiş gizli şəklini paylaşıb.

Kəşfiyyat zabiti qeyd edib ki, bununla Tramp ABŞ-ın rəqiblərinə ABŞ-ın texniki imkanları barədə aydın təsəvvür yaradıb.

Milli.Az